20 Aprel 2017 16:12
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elgün İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.

İttihama görə, hadisə ötən ilin aprelin 10-da Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən piyada 65 yaşlı Leyla Hüseynovanı vurub.

Həmin şəxs hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: