21 Aprel 2017 12:27
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aliyə Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Azərbaycan AMEA-da dizayner vəzifəsində işləyən 1973-cü il təvəllüdlü Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min 50 manatını ələ keçirib.

Bundan başqa, Aliyə Cahangirova Mehparə Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb.

Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Aliyə Cahangirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Hacı Zeynalov


Müəllif: