15 İyul 2014 10:30
516

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb.

Məlumata görə, Sevinc qəsəbəsinin ərazisində Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Sadiq Verdiyev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerlşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Sadiq Verdiyev kim tərəfindən bıçaqlandığı məlum deyil. Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri görürlər.

Hacı Zeynalov


Müəllif: