21 Aprel 2017 19:13
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzir qutusundan 300 manat oğurlandı

Qubada oğurluq edən şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar.

Onlar rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinirlər. Onların başqa cinayətləri də üzə çıxıb. Belə ki, Qalib Əlibəyov və Sadiq Əmrəliyev rayon sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə cinayət əlaqəsinə girib və rayon ərazisində məscidlərdən birindəki nəzir qutusundan 300 manat oğurlayıblar.

Onların həmçinin rayon sakini Natiq Kərimovun “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov