21 Aprel 2017 19:57
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadının çantasından 9700 manat oğurlandı

Bakıda böyü məbləğdə oğurluq edən cibgir qadın yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Gülnarə Novruzova həbs edilib.

Onun Bakı şəhər sakini olan bir qadının çantasından 9700 manat oğurlaması müəyyən edilib. İstintaq araşdırmaları ilə Gülnarə Novruzovanın daha bir neçə oğurluq əməli üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov