22 Aprel 2017 19:23
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında ölü tapılmasına münasibət bildirib.

Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev APA-ya açıqlamasında bildirib: "Biz də hadisədən xəbər tutduq. İlkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib. Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".

Qeyd edək ki, "Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.

Teleqraf.com


Müəllif: