15 İyul 2014 11:03
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, şəhər ərazisində 62 yaşlı Tünzalə Əliyeva naməlum şəraitdə bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

62 yaşlı qadını bıçaqlayan şəxs və ya şəxslərin müəyyən olunması üçün əməliyyat axtarış tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: