24 Aprel 2017 12:21
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, oğrular rayon ərazisindəki mağazalardan birindən seyfi aparıblar.

Baş verən oğurluq hadisəsi ilə bağlı bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edən mağaza sahibi bildirib ki, seyfin içərisində 3130 manat olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.

Dost oloan şübhəli şəxslərin başqa cinayətlərdə də iştirak edib-etməmələri araşdırılır.

Hacı Zeynalov


Müəllif: