24 Aprel 2017 14:14
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun məhkəməsi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsin törətdiyi əməlin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. Dövlət ittihamçısı Ramil Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Elman Ağayev çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti proses mayın 8-də davam edəcək.

İttihama görə, hadisə ötən il iyulun 22-də Sumqayıt şəhərində baş verib. Ramil Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqda öldürüb və ordan 800 manat pul və bir ədəd kömpüter aparıb.

Hacı Zeynalov


Müəllif: