24 Aprel 2017 13:53
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində Nəsimi Hüseynov dindirilib.

Dindirmə zamanı şahid hakimin suallarına kobud cavab verib. Rauf Əliyev şahid Nəsimi Hüseynovun hakimə qarşı hörmətsizlik etdiyi nəticəsinə gəlib. Buna görə də onun barəsində inzibati qaydada 48 saat müddətinə həbs cəzası verilib.

Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları çağırılıb. Polis əməkdaşları şahidi müvəqqəti saxlanma təcridxanasına aparıblar.

İttihama görə, Möhkəm Qurbanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir. O bir qrup vətəndaşı aldatmaüda suçlanır.

Hacı Zeynalov


Müəllif: