24 Aprel 2017 16:36
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Laçın Teymurovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən il sentyabrın 11-də Xətai rayonunda baş verib.

Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Fərid Məmmədov oradaca ölüb.

Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın Teymurov tutulub.Məlum olub ki, Laçın Teymurov avtomobili ilə Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı Fərid Məmmədov Laçın Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib.

Lakin Laçın Teymurov bu hərəkətdən əsəbiləşib. Bir neçə saat sonra o, digər dostlarını çağırıb və Fərid Məmmədovun yaşadığı ünvana gedib. Mübahisə zamanı tərəflər əlbəyaxa olublar, Laçın Teymurov Fərid Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Laçın Teymurov 18 il müdətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: