24 Aprel 2017 20:12
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon sakini həbs edildi

Cəlilabad rayonunda narkotiklə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Alar kəndi ərazisində Astara rayon sakini Elçin Bağırov həbs edilib.

Ondan 15 kiloqram 90 qram tiryək və 3 kiloqram 610 qram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov