25 Aprel 2017 10:49
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, idarənin Qoşatəpə gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib.

Yoxlama nəticəsində vətəndaşın alt geyimində 3 ədəd paketdə 300 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 300 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 12,0 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: