25 Aprel 2017 15:53
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Samir Aslanovun 13 il, Fikrət Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses aprelin 28-də davam edəcək.

İttihama görə, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, təqsirləndirilən şəxslər bir neçə nəfərdən hədə-qorxu yolu ilə pul tələb ediblər.

Samir Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.

Hacı Zeynalov


Müəllif: