25 Aprel 2017 18:30
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhddə təqsirləndirilən 1990-cı il təvəllüdlü Fəhmin Atakişiyev və 1990-cı il təvəllüdlü Fikrət Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29.180 (soyğunçuluğa cəhd) təqsirli biliniblər.

Hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə ifadə verən təqsirləndirilən Fikrət Rzayev özünü qismən təqsirli bilib. Fəhmin Atakişiyev isə soyğunçuluq etmədiyini deyib.

Təqsirləndirilən şəxslər Bakıda klinikalardan birinə daxil olublar. Onlar klinika əməkdaşlarına zor tətbiq edib, onlardan birini yaralayıblar. İş üzrə zərərçəkmiş şəxs qismində Xəyalə Piriyeva və Səlim Eyvazov tanınıblar.

Bu soyğunçuluq əməlində 3-cü şəxsin iştirakı da sonradan müəyyənləşdirilib və onun barəsində də ayrıca cinayət işi ayrılıb, istintaq aparılır.

Məlum olub ki, təqdirləndirilən Fikrət Rzayev əvvəllər də cinayət əməli törədib.

Məhkəmənin hökmü ilə Fikrət Rzayev 5 il 6 ay, Fəhmin Atakişiyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: