25 Aprel 2017 18:56
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluqla məşğul olan iki nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanması barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat verilib.

Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bülbülə qəsəbəsi sakinləri 2 yeniyetmə saxlanılıb.

Onların daha 2 evdən pul, sənəd, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: