26 Aprel 2017 01:58
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

1949-cu il təvəllüdlü Qədirov Ramiz Əlixan oğlunun cəsədi aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1949-cu il təvəllüdlü Qədirov Ramiz Əlixan oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com