24 Aprel 2014 10:25
1 178

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən kafelərdən birində Bakı şəhər sakinləri Şamil Gülmətovla İmamverdi Kərimov arasında münaqişə baş verib. Münaqişə nəticəsində Şamil Gülmətov İmamverdi Kərimova bıçaq xəsarətləri yetirib.

Şamil Gülmətov Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: