26 Aprel 2017 14:31
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə təqsirləndirilən Emin Məmmədovun vəkilləri - İmaməli Əsgərov və Vüqar Xasayev gəlməyib.

Bildirilib ki, hər iki vəkilin qohumu rəhmətə gedib, onlar yas yerindədirlər. Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev Emin Məmmədova yeni vəkil təyin olunmasını təklif edib. Hakim prosesə qısa fasilə verib.

Fasilədən sonra hakim bildirib ki, Vəkillər Kollegiyası ilə əlaqə saxlayıb: "İki vəkildən biri tapılmalıdır. Saat 2-yə qədər prosesdə fasilə elan edilir".

Proses günün ikinci yarısında davam edəcək.

***

Məhkəmə günin ikici yarısında da baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, Emin Məmmədovun vəkilləri məhkəməyə gəlməyib. Proses aprelin 28-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif: