15 İyul 2014 13:23

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu öldürməkdə təqsirli bilinən Tahir Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin martın 16-da Yasamal rayonunun Salatın Əsgərova küçəsi 24 ünvanında yaşayan Tahir Əliyev onunla bir həyətdə yaşayan qardaşı oğlu, 54 yaşlı İlham Əliyevi bıçaqlayıb. Əsəblərini cilovlaya bilməyən Tahir daha sonra İlhamın həyatı yoldaşı Kəklik Əliyevanı bıçaqlayıb. İlham çoxlu qan itirdiyindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anotomiya Birliyinin Yasamal Rayon Şöbəsinə göndərilib. Yaralı Kəklik Əliyeva isə yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.

Tahir Əliyev Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Tahir Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: