15 İyul 2014 13:52
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arifə Bəhlulovanın evindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamış rayon sakini Firdovsi Məmmədov tutulub.

27 yaşlı Firdovsi Məmmədov ev sahibinin oğlu Anarla birlikdə həmin ünvana gəlib. Burada bir qədər istirahət edən dostlar daha sonra evi tərk ediblər. Evdə heç kimin olmadığını bilən Firdovsi Məmmədov yenidən həmin evə qayıdıb və oğurluq edib.

Hacı Zeynalov


Müəllif: