29 Aprel 2017 17:31
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq edən şəxslər yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərdən birinin həyətinin darvazasını sökərək oğurlamaqda şübhəli bilinən Qobu sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar.

Onların aprelin 2-dən 7-dək olan müddətdə rayon ərazisində 3 evdən məişət əşyaları, 6 ədəd plastik qapı, generator, təmir-tikinti alətləri, elektrik naqili, 3 daş karxanasından transformatorun mis naqillərini, elektrik naqili və su mühərriki, tikinti materialları və elektrik avadanlıqları, 1 restoranın həyətindən 5 mühərrik, elektrik avadanlıqları, təmir-tikinti alətləri, 1 fermadan və vaqon tipli yardımçı təsərrüfatdan 250 metr dəmir boru oğurladıqları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: