29 Aprel 2017 16:01
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı güllələnib.

Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs şəhərin mərkəzində Lenin prospekti 2-ci korpus 148-ci binanın yaxınlığında çoxsaylı güllə yarası alıb.

Polis saat 22:00-da 42 yaşlı kişinin meyitini aşkar edib. İlkin informasiyaya görə, öldürülən şəxs sözügedən binadan yaşayırmış. Qətllə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, dünən Orenburq vilayətinin Orsk şəhərində də bir azərbaycanlı öldürülmüşdü.

Kəmalə


Müəllif: