29 Aprel 2017 20:19
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluqla məşğul olan keçmiş məhkumlar yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Emil Axundov və Aleksandr Yermakov tutulub.

Onlar rayon ərazisində 1 mağazadan məişət əşyaları, bir nəfərin cibindən mobil telefon, 2 evdən təmir-tikinti alətləri və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinirlər.

Hər iki şəxs əvvəllər məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: