15 İyul 2014 15:17
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 521 qida zəhərlənməsi baş verib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) bildirilib ki, qida zəhərlənməsi nəticəsində 577 nəfər zəhərlənib. Bu müddətdə 13 botulizm hadisəsi baş verib. Nəticədə 19 nəfər zərər çəkib.

Zəhərlənmə hadisələrinin hamısı məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

/trend/


Müəllif: