30 Aprel 2017 20:11
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki “İlk Aqrokom” MMC-nin anbarından 500 metr elektrik kabeli və 1 ədəd mühərrik oğurlanıb.

Qobustan rayon polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Nəcəfov, Oğuz rayon sakini Namiq Allahverdiyev və İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Allahverdiyev tutulublar.

Hacı Zeynalov


Müəllif: