30 Aprel 2017 18:15
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonununda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, "Mitsubishi" markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.

Hacı Zeynalov


Müəllif: