15 İyul 2014 15:23
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi vətəndaşlara qarşı dələduzluq edən şəxslərin tutulması üçün əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyatlardan birini Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü İlkin Gülməmmədov tutulub.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1951-ci il təvəllüdlü Vəlixan Əliyev həbs edilib.

Hacı Zeynalov


Müəllif: