15 İyul 2014 15:56
989
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

lumata görə, qəza nəticəsində 2 Azərbaycan vətəndaşı ölüb, 1-i xəsarət alıb.

Tiflis Fövqəladə Hallar Xidməti Departamentindən verilən məlumata görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Sarticala kəndi yaxınlığında qeydə alınıb.

Gürcüstan vətəndaşı Eldar Bayramovun idarə etdiyi yük avtomobili (treyler) ilə Azərbaycan vətəndaşı Nikolay Əhmədovun idarə etdiyi AZE 10 CC 520 dövlət nömrə nişanlı BMW markalı avtomobil toqquşub. Nəticədə 35 yaşlı Nikolay Əhmədov və onun 2 yaşlı övladı ölüb, uşağın anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yol-patrul və fövqəladə hallar xidmətlərinin əməkdaşları, eləcə də təcili yardım maşınları gəlib.

Faktla ilə bağlı patrul xidməti və digər qurumlar tərəfindən təhqiqat aparılır.

/apa/


Müəllif: