15 İyul 2014 16:12
592

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rasim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib.

Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 22-nə təyin olunub.

Rasim Əlizadə hüquq müdafiəçisi kimi tanınıb.

Hacı Zeynalov


Müəllif: