15 İyul 2014 16:35
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində mənzillərdən birində kirayə yaşayan Əsmət Kazımova münaqişə zəminində Salyan rayon sakini, qohumu Kainat Kazımovu bıçaqlayıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsmət Kazımova tutulub. Əsmət Kazımova yaşadığı evdə qadınları kişilərlə görüşdürüb. Elə qohumu ilə də bu səbəbdən davası olub. Onların adavası sonradan cinayətlə nəticələnib.
Teleqraf.com-un əldə etdiyi xəbərə görə, Salyan sakini Əsmət Kazımova ötən ilin avqustunda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.

Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və paytaxtın Nizami rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdi. Məhkəmə onun barəsində cərimə cəzası təyin edib.

Hacı Zeynalov


Müəllif: