16 İyul 2014 09:49
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını bıçaqlayan ər həbs olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi şossesində yaşayan 1949-cu il təvəllüdlü Şahlar Məlikov Binəqədi Rayon Polis İdarəsi 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

O, iyulun 8-də ailə münaqişəsi zəminində arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyevaya bıçaq xəsarəti yetirdiyinə görə həbs olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: