16 İyul 2014 12:05
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ən titullu qanuni oğrularından olan Camal Xaçidze avtomobil qəzasında ölüb.

Alınan məlumata görə, 77 yaşlı Xaçidze nadir hallarda sükan arxasına keçirmiş. Ancaq iyulun 14-də avtomobili özü sürüb və idarəetməni itirərək qəza törədib.

Camal Xaçidze uzun illər ərzində Rusiyanın ən iri və nüfuzlu cinayət qruplaşması olan “Solntsevo” briqadasının kriminal aləmdəki kuratoru imiş. Qruplaşmanın rəqiblərlə olan problemlərini oğru toplantılarında o çözürmüş.

1990-cı illərdə Rudiklə Ded Xasan arasında münaqişə yarananda Camal birincinin tərəfinin seçmişdi. On il sonra isə Ded Xasana düşmən kəsilən Tariel Onianinin dəstəsinə keçdi. Lakin günlərin bir günü axşam gəzintiyə çıxarkən Ded Xasanın adamları Camal Xaçidzeni əhatəyə aldılar. Və necə deyərlər, “ona həyatı başa saldılar”. Xaçidzenin titulu da əlindən alındı. Yalnız üzr istədikdən və səhvini etiraf etdikdən sonra Ded Xasan onu bağışladı. Camalın bütün oğru titulları özünə qaytarıldı.

/publika.az/


Müəllif: