16 İyul 2014 13:03
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva metrosundakı qəzada şübhəli bilinən iki nəfər saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, bunlar “Moskva metropoliteni” yol xidmətinin əməkdaşı Valeri Başkatov və onun köməkçisi Yuri Qordovdur.

İstintaqın versiyasına əsasən, həmin şəxslər 2014-cü ilin mayında “Park Pobedı” – “Slavyanski bulvar” stansiyaları arasında qatarları istiqamətləndirən mexanizmin qurulması ilə bağlı aparılan işlər zamanı səhlənkarlığa yol veriblər. Onlar bu işlərə nəzarət ediblər.

Artıq saxlanılan şəxslərin ifadələri alınıb. Yaxın vaxtlarda onlara qarşı ittihamlar irəli sürüləcək.

Rusiya İstintaq Komitəsi icraçılarla yanaşı rəhbər şəxləri də məsuliyyətə cəlb etməyi planlaşdırır.

/apa/


Müəllif: