24 Aprel 2014 11:26
501

Bakının Nəsimi rayonunda cibgirliklə məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölməsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Dadaşov tutulub. Onun üzərindən mobil telefon, 83 manat və 1 qramdan artıq tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: