16 May 2017 10:52
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinərək həbs edilən Maral Tahirqızının kasasiya şikayətinə baxılacaq.

Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən bildirilib.

Məlumata görə, Maral Tahirqızının şikayəti hakim İlham Cəfərovun icraatına verilib və məhkəmənin ilkin baxış iclası iyunun 7-nə təyin edilib.

Xətai Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilən Maral Tahirqizi apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Bu qərardan narazı qalan Maral Tahirqızının şikayəti bir neçə gün əvvəl Ali Məhkəməyə daxil olub. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

3 il müddətinə azadlıdan məhrum edilən Maral Tahirqızı məhkəmə zalında həbs olunub.

Hacı Zeynalov


Müəllif: