16 May 2017 11:08
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Z.Xəlilov küçəsində yerləşən Vita Aptekləri MMC-yə məxsus aptek məntəqəsində qeydə alınıb.

Oğurluqla bağlı mühafizə polisinə siqnal daxil olub. Hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları aptekin kassadan olan 77 manatı oğurlamaq istəyən iki nəfəri yaxalaya biliblər.

Məlum olub ki, oğurluq etmək istəyən şəxslər Zaqatala rayon sakini, 2000-ci il təvəllüdlü Əlisahib Bədəlov və Ukrayna Respublikasında anadan olmuş, 2002-ci il təvəllüdlü Mirasnoçenko Andrey Pavlikoviçdir.

Hər iki şəxsin barəsində tədbir görülməsi üçün 28-ci polis bölməsinə təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: