16 May 2017 16:28
3 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları cinsi istismara məruz qoyan 2 nəfər barəsində axtarış elan edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsindən bildirilib.

Məlumata görə, həmin qadınlar İnterpol vasitəsi ilə axtarışa verilib. Bildirilir ki, Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Sədaqət Əliyevanın barəsində 2017-ci ildə axtarış elan olunub. Ona Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham verilib.

Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Həsənova da Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham edilir. Onun da barəsində 2017-ci ildə axtarış elan edilib.

Məlumat üçün bildirək ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2016-cı ildə 4 qadını, 2015-ci ildə isə 4 qadın və 1 kişini axtarışa verib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com