16 İyul 2014 16:04
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaltada ictimai nəqliyyatda öldürülən musiqiçinin qatili tapılıb.


İyulun 1-də Yaltada avtobusların birində naməlum kişi meyiti tapılıb. Meyit üzərində zorakılığın bariz əlamətləri olub. Faktla bağlı cinayət işi açılıb.

İstintaq aşkar edib ki, öldürülən cavan kişi küçə musiqiçisi imiş. Elə milis də qətllə bağlı araşdırmanı bu istiqamətdə aparmağa başlayıb. Qatilin mərhumun 33 yaşlı dostu olduğu məlum olub. Onların hər ikisi küçədə musiqi ifa etməklə çörəkpulu qazanırmışlar.

Həmin gün dostlar səhər tezdən spirtli içki qəbul ediblər. Avtobusa minəndə aralarında Bethovenin hansısa bəstəsi üstündə mübahisə düşüb və mərhum musiqiçi dahi bəstəkarın badına gedərək bıçaqlanıb.

/publika.az/


Müəllif: