17 May 2017 15:41
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə Vidadi Zeynalovun vəkilləri gəlməyib.

Səhər saat 10.00-a təyin edilən məhkəmə iclasına Vidadi Zeynalovun 4 vəkilinin qatılmaması səbəbi ilə prosesi saat 14:00-dək təxirə salınıb.

Günortadan sonra başlamalı olan məhkəmə prosesi yenə təxirə düşüb. Səbəb Vidadi Zeynalovun vəkillərinin prosesə günortadan sonra da qoşulmaması olub.

Vidadi Zeynalov vəkillərindən xəbərsiz oludğunu deyib. Digər vəkillər buna etiraz ediblər. Təqsirləndirilənlərdən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, vəkillər gəlməyəcəksə, qabaqcadan xəbərdarlıq etməlidirlər: “11 nəfər təqsirləndirilən şəxsi həbsxanadan gətiriblər, vəkillər buradadır. Amma proses baş tutmur. Əgər məhkəməni uzatmaq istəyirlərsə, əvvəlcədən desinlər, nə qədər vaxt istəyirlər. Biz başqa prosesə gedə, iş görə bilmirik”.

Hakim vəkillərin tapılması, onlarla əlaqə saxlanıması üçün məhkəmə iclasının bu gün saat 17:00-dək növbəti dəfə təxirə salıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com