17 May 2017 17:05
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Biləsuvar sakini Pərviz Babayev 3,334 qram tiryəki və 7,33 qram marixuananı satarkən tutulub.

Aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Hümbət Abıyev müəyyən edilərək tutulub. Ondan 2,751 qram tiryək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Hümbət Abıyevə narkotik vasitəni satan həmyerlisi Şakir Vahablı da müəyyən edilib. Onun evinə baxış zamanı 421,93 qram marixuana aşkar edilib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com