18 May 2017 12:35
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Ramana qəsəbəsindəki evlərdən birində qeydə alınıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edən ev sahibi bildirib ki, evdə olmadığı vaxt evindən oğurluq edilib.

Şikayətçinin sözlərinə görə, evindən 4500 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsədov tutulub. Onun əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com