16 İyul 2014 16:44
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şəki Apelyasiya Məhkəməsində zəlzələ bölgəsində vətəndaşları aldatmaqda təqsirləndirilən Balakən rayon sakini İkramat Abdullayevanın cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, İkramat Abdullayeva rayonun Mahamalar kənd sakini Sanur Xəlilovanın 2012-ci ilin oktyabr ayında Zaqatala-Balakən bölgəsində baş vermiş zəlzələ nəticəsində zədələnmiş fərdi yaşayış evinə bərpa haqda rəy yazdırdığına inandıraraq 3000 manatını alıb. O, eyni yolla aldadaraq Bersinay Xəıilovadan 3000, Məryəm Novruzovadan 4000, Fatimə Qazıxanovadan 4000 manat alıb.

Balakən rayon Məhkəməsinin hökmü ilə İkramat Abdullayeva 3 il müddətinə şərti cəza alıb. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirlən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun şikayəti üzrə qərar elan olunub. Qərara görə, prokurorluğun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: