19 May 2017 20:39
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda oğurluq edən dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov evindən oğurluq edilməsi barədə polisə məlumat verib.

O evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Ağsu rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar.

Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurlamalarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.

S.Qədirov tutulub.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com