20 May 2017 12:57
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Güləzi kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Ələsgərov həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ulduz Ələsgərovanın başını kəsib.

Ulduz Ələsgərova kəskin qan itirməsindən dünyasını dəyişib.

Qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov