20 May 2017 15:47
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ər-arvadın şantaj olunması ilə bağlı polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Xırdalan şəhər sakinləri olan ər-arvad Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Onlar şikayətlərində 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarov tərəfindən şantaj olunduqlarını bildiriblər.

Qeyd ediblər ki, hər iki şəxs onların barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyiblər və onlardan ümumilikdə 31 min manat pul alıblar.

Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami Cəfərov və Kamil Muxtarov tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov