20 May 2017 19:07
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yaşlı qadının avtomobillə vurulması məlum olub.

Teleqraf.com xəbər verir ki, mayın 5-də rayonun Şatıroba kəndində yaşayan 77 yaşlı Şəfiqə Tağıyeva evindən qol və ayaq sümüyünün sınığı ilə xəstəxanaya gətirilib.

O, izahatında evində yıxılması nəticəsində xəsarət aldığını bildirib. Şəfiqə Tağıyeva mayın 7-də xəstəxanada ölüb.

Masallı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Şəfiqə Tağıyevanın Şatıroba kəndi ərazisində kənd sakini Sübəddin Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com