20 May 2017 19:37
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ər arvadını güllələyib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü Mürşüd Əliyev həyat yoldaşı, 1963-cü il təvəllüdlü Rahilə Əliyevanı pnevmatik tüfəngdən açdığı atəşlə vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Mürşüd Əliyevin Bakı Texniki Kollecində müəllim işlədiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com