20 May 2017 22:20
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Fariz Hüseynova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən dərhal keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Qaradağlı kənd sakini Rafiq Nəcəfov mayın 20-də avtomoibillə birgə kənd ərazisində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com