21 May 2017 14:14
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da ölkədə gün ərzində 110 cinayət faktı qeydə alınıb və onların 21-nin üstü açılıb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin internet saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Avtomobil yollarında isə 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər tutulub.


Müəllif: Cavad